54

FAİQ SƏFƏRƏLİ OĞLU SƏFƏRƏLİYEV

Şəhidlər / I qarabağ


1970-1992
(Guzdək qəsəbəsi)

Anası Xanımqız dünyadan köçəndə ailənin sonbeşiyi Faiqin heç iki yaşı da tamam olmamışdı.

Balaca Faiqin gözləri elə hey anasını axtarır, tapmır və uşaq ağlı ilə heç cür dərk edə bilmirdi ki, anası necə olub, hara gedib, niyə gəlib onu qucağına almır.
İki ildən sonra bu evə qədəm basan Güldan xanıma mehr saldı, ana dedi, ana bildi onu.

Faiq Səfərəli oğlu Səfərəliyev 1970-ci il dekabr ayının 5-də Abşeron rayonunun Güzdək qəsəbəsində anadan olmuş, 1972-ci ildə anasını itirmişdi. Güzdək qəsəbə orta məktəbini bitirən Faiq müəllimlərinin yaddaşında nümunəvi, çalışqan şagird kimi qalmışdır.

1989-cu ilin may ayında onu hərbi xidmətə çağırırlar və Faiq iki il Almaniya Demokratik Respublikasında xidmət edir. Əsgəri borcunu edəyib qayıtdıqdan az sonra 1992-ci ilin yayında Azərbaycan ordusu sıralarında hərbi xidmətə çakırılır və həmin il avqustun 22-də Abşeron rayon hərbi komissarlığı tərəfindən Vətənin müdafiəsinə göndərilir. Yevlax şəhərindəki hərbi hissədə qulluq edir, Ağdərə rayonunun Sırxavənd kəndi uğrundakı döyüşlərin iştirakçısı olur. Həmin döyüşlərdən birində - 1992-ci il sentyabrın 4-də Faiqgil 13 nəfərlə mühasirəyə düşür, qəhrəmanlıqla döyüşərək şəhid olurlar. Əvvəl orada dəfn olunsa da, sonradan məzarı köçürülərək 1992-ci il sentyabrın 13-də Güzdək qəsəbəsinə gətirilir və qəsəbə qəbiristanlığında təzədən dəfn edilir.

Faiq subay idi. İki qardaşı, bir bacısı var.

Oxşar xəbərlər:

Back to Top