49

FİKRƏT SƏRXAN OĞLU ƏHMƏDOV

Şəhidlər / I qarabağ


1955-1992
(Xırdalan qəsəbəsi)[b][/b]

Azərbaycan torpaqlarının erməni təcavüzündən müafiə olunmasında, şübhəsiz, daxili işlər orqanlarının özünəməxsus rolu və xidmətləri vardır.

Dəfələrlə döyüş bölgələrinə ezam olunmuş, erməni işğalçılarına qarşı mübarizədə torpaqlarımızı müdafiə etmiş və bu yolda da həyatını qurban vermiş qeyrətli polis əməқdaşlarımızdan biri də Fikrət Əhmədovdur.

Fikrət Sərxan oğlu Əhmədov 1955-ci il aprel ayının 22-də Abşeron rayonunun Xırdalan qəsəbəsində anadan olmuşdu. Ailədə dörd qardaş, iki bacı idilər. Fikrət ailənin ilk övladı idi. Atası Sərxan Sərdar oğlu Abşeron rayonuna 1948-ci ildə Aksu rayonunun Ləngəbiz kəndindən köçüb gəlmişdilər.

Orta təhsilini Xırdalan qəsəbəsindəki 1 saylı orta məktəbdə alan Fikrət istehsalatda iki il çalışdıqdan sonra 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdu. 1975-ci ildə hərbi xidmətə çağırılmış, əsgəri borcunu Ukraynanın paytaxtı Kiyev şəhərində çəkmişdi. Hərbi xidmətdən qayıtdıqdan sonra isə təhsilini davam etdirə-etdirə, 1978-ci ildə daxili işlər orqanlarında milis nəfəri kimi çalışmağa başlayır. Nümunəvi xidmətinə görə 1989-cu ildə ona leytenant rütbəsi verilir. Bundan sonra o, yetkinlik yaşına çatmayan uşaqların təlim-tərbiyəsi üzrə müfəttiş vəzifəsinə irəli çəkilir. Öz işində yaxşı nailiyyətlər əldə etdiyinə görə DİN-in rəhbərliyi tərəfindən etimad göstərilərək rütbəsi yenidən artırılaraq baş leytenant olur.

1988-ci ildən başlanan erməni təcavüzünə qarşı laqeyd qala bilməyən Fikrət 1990-cı ilin qanlı yanvar hadisələrini xüsusilə boyük ürək aqrısı ilə yaşayır. Nəhayət, 1991-ci ilin dekabrında ilk dəfə olaraq Dağlıq Qarabağa ezam olunanda artıq o, bu muharibəyə daxilən hazır idi. İlk zamiyyəti zamanı Fikrət vətənimizin gözəl guşələri olan Şuşa və Ağdərənin müdafiəsində iştirak edir. Ezamiyyətdən qayıtdıqdan sonra gördüklərini həyəcanla xatırlayır və o vaxtdan etibarən həmişə ön cəbhəyə getməyə can atır. O, son damla qanınadək döyüşərək torpaqlarımızın duşmən tapdağından azad olunmasına çalışırdı.

Fikrət Əhmədov 1992-ci il sentyabr ayının 3-də yenidən doyüş bölgəsinə e zam olunur. Onun bu dəfəki zamiyyəti Aqdam rayonunun Abdal-Gülablı kəndinə olur. Bu, həm də Fikrətin son döyüşü olur, o, bu e zamiyyətdən şəhid kimi qayıdır.

fikrət evli idi. İki oqlu, bir qızı var. Böyük oğlu Coşqun hazırda orta məktəbi bitirib, qızı Arzu 7-ci sinifdə, balaca oqlu Mehman isə 4-cü sinifdə oxuyur.
F. Əhmədovun mazarı Xırdalan qəsəbə qəbiristanlığındadır.

Adına küçə verilmiş, qəsəbədəki 1 saylı bazanın həyətində büstü qoyulmuşdur.

Oxşar xəbərlər:

Back to Top