32

RÖVŞƏN MƏMMƏD OĞLU CƏLİLOV

Şəhidlər / I qarabağ


1974-1993
(Saray qəsəbəsi)[b][/b]
Rövşən Məmməd oğlu Cəlilov 1974-cü il fevral ayının 23-də Abşeron rayonunun Saray qəsəbəsində anadan olmuşdu. Atası Məmməd Cəlilov İrəvan vilayətinin Göycə mahalının (indiki “Ermənistan”ın) Krasnoselo rayonunun Cil kəndindən, anası Əlvan xanım isə həmin rayonun Arbulaq kandindan idi.
Sonralar Cəlilovlar ailəsi köçüb Saray qəsəbəsində məskunlaşmışdılar.

Rövşəngil ailədə dörd qardaş idilər: Rasim, Rafiq, Rövşən və Natiq.
Rövşən 1981-ci ildə Saray qəsəbəsindəki 2 saylı orta məktəbə qəbul olunmuş, 1989-cu ildə natamam orta təhsillə oranı bitirişdi. Sonra o, Bakıdakı 81 saylı Texniki peşə məktəbinə daxil olmuş, 1992-ci ildə oranı elektrik avadanlıqlarının və izolyasiyalarının təmiri uzrə elektrik montyoru ixtisası uzrə başa vurmuşdu.
Texniki peşə məktəbini bitirən kimi hərbi xidmətə çağırılan Rövşən Müşviq qəsəbəsindəki hərbi hissənin topçu alayında xidmətə başlayır. Sonra ön xəttə Füzuli cəbhəsinə göndərilir. Burada qəhrəman bir topçu kimi tanınan Rövşən dəfələrlə düşmən mövqelərinin darmadağın edilməsində əvəzsiz rol oynayır.
Komandirinin dediklərindən: “Hamıdan fərqlənən Rövşən düşmənin bir neçə əlaqələndirmə maşınını da partlatmış, içindəki erməni quldurlarını məhv etmişdi. Qızğın döyülər zamanı o, öz çevikliyi, mərdliyi, qorxmazlıqı ilə Fərqlənirdi. Bütün əsgərlər Rövşəndən razı idi. O öz xoş xasiyyəti ilə hamının ürəyini ələ almışdı”.

Füzulidən sonra Rövşən Ağdam döyüş bölgəsinə göndərilir. Burada da düşmənə qarşı mərdliklə vuruşmuş, ermənilərin bir sıra döyüş mövqelərinin darmadağın edilməsində şəxsən iştirak etmişdi. 1993-cü il iyul ayının 8-də Ağdam uğrunda gedən döyüş zamanı isə düşmən BTR-indən səpələnən güllələrin bir neçəsi Rövşənin döş nahiyəsini parçalamış və 20 yaşlı bu gəncin həyatına son qoymuşdu.

Rovşən subay idi. Məzarı Saray qəsəbə qəbiristanlığındadır.
Qəsəbədə ucaldılan “Xatirə” kompleksində Rövşənin də adı əbədiləşdirilmişdir.

Oxşar xəbərlər:

Back to Top