29

FİRUZ RÜSTAM OĞLU NOVRUZOV

Şəhidlər / I qarabağ


1963-1992
(Qobu qəsəbəsi)

1992-ci il oktyabr ayının 2-si səhər saat 6:30-da erməni hərbi hissələrinin mövqelərimizə qəfil hücumu əsgərlərimizi çaşdırmadı. Qeyri-bərabər döyüş bir saat davam etdi.

Lakin düşmənin getdikcə irəlilədiyini, artıq mühasirəyə düşməkdə olduqlarını görən döyüşçülərimiz geri çəkilməyə məcbur oldular. Bu vaxt təcrübəli döyüşçü, könüllü dəstədən olan Firuz silahdaşlarını mühasirədən çıxarmaq məsuliyyətini öz üzərinə götürür. Bir azdan duyuq düşən
ermənilərlə təkrar atışma başlayır. Firuz yoldaşlarını xilas etmək üçün diqqəti özünə çevirməyə müvəffəq
olur. Bir qədər atışmadan sonra sinəsindən güllə yarası alan Firuz son anda çevrilib yoldaşlarına tərəf
baxır ki, görsün onlar xilas ola bildilərmi?

Bu zaman ikinci güllə onun həyatına həmişəlik son qoyur.

Firuz Rüstəm oğlu Novruzov 1963-cu il dekabr ayının 31-də Abşeron rayonunun Qobu qəsəbəsində anadan olmuşdu. Dörd bacı, altı qardaş idilər.
Uşaqlığında idmanla, xüsusilə onun “karate” növü ilə Bakıdakı “Dinamo” Cəmiyyətində müntəzəm məşğul olan Firuz orta məktəbi 1981-ci ildə Qobu qəsəbəsində qurtarmışdı.

1991-ci ildə Vətənimizin başı üstünü erməni işğalı təhlükəsi alanda isə birincilər sırasında əlinə silah alanlardan olur. Düşmənə qarşı igidliklə vuruşan Firuz qəhrəmanlıqla şəhid olur.
Firuz Novruzov subay idi.

Adı əbədiləşdirilərək qəsəbənin küçələrindən birinə verilmişdir.

Oxşar xəbərlər:

Back to Top