NƏZƏRXAN ƏZİZXAN OĞLU ƏZİZOV
Şəhidlər / I qarabağ 17 okt 2022, 11:101963-1988
(Aşaqı Guzdək kəndi)[b][/b]
Nəzərxan Əzizxan oğlu Əzizov 1963-cü il avqust ayının 7-də Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində anadan olmuşdu. Ailədə iki qardaş, iki bacı idilər.
1978-ci ildə Aşağı Güzdək qəsəbəsindəki 41 saylı məktəbin səkkizinci sinfini bitirmişdi. Sonra hərbi komissarlığın təşkil etdiyi sürücülük kurslarında oxumuş, sürüçülük peşəsinə yiyələndikdən hərbi xidmətə çağırılmışdır. 1981-ci ildə ordudan tərxis olunan Nəzərxan əvvəlcə elmi-tədqiqat institutunda, sonra damiryol sistemində işləyir. 1987-ci ildə isə ailə həyatı qurur.
Nəzərxan ailənin artıq yeganə oqul övladı idi. Qardaşı Səmidxan Sovet ordusu sıralarında qulluq edərkən iki ordenlə təltif olunmuş və Əfqanıstanda döyüş zamanı qəhrəmancasına həlak olmuşdu. Qəsəbədəki 41 saylı məktəb indi də onun adını daşıyır.
1988-ci ildə “Ermənistan”da zəlzələ baş verməsi ilə əlaqodar ermənilərə kömək etmək məqsədilə Bakıda zorla səfərbərliyə alınanlardan biri də Nəzərxan olur. O da təyyarədəki başqa soydaşlarımız kimi, başsız başçılarımızın düşüncəsiz hərəkətinin qurbanına çevrilir - Azərbaycandan köməyə gedən təyyarə Gümrü (o vaxt Leninakan) yaxınlığında ermənilər tərəfindən yerdən raketlə vurularaq məhv edilir.
Nəzərxan həlak olan zaman Mələk adlı qızı cəmi död aylıq idi.
Nəzərxan Qobustan rayonu ərazisində yerləşən Qırxlar qəbiristanlığında dəfn edilmişdir