HİKMƏT ASLAN OĞLU ASLANOV
Şəhidlər / I qarabağ 13 okt 2022, 13:091963-1994
(Xırdalan qəsəbəsi)
“...Təzəcə açdığı kiçik müəssisəsinin qapılarını bağlayıb maşına əyləşdi.
Əvvəlcə istədi qardaşı Tahirlə görüşsün. Sonra fikrini dəyişib birbaş Abşeron rayon Hərbi komissarlığına gəldi. Evlərindən çox da aralı olmayan komissarlığın binasını elə bil birinci dəfə idi görürdü. Onda 1993-cü ilin noyabr ayı idi. Onda Hikmətin 30 yaşı yenicə tamam olmuşdu...
Son vaxtlar qardaşı Tahir hər şeyi hiss eləmişdi. Hiss eləmişdi ki, artıq Hikmət dözə bilmir. Odur ki, çiyinlərindən tutub yavaşca silkələdi:
- Axır ki, bildiyini elədin. Bacıların dözə bilməyəcək.
Başqa əlacım yox idi. Ömrüm boyu özümü bağışlaya bilməzdim. - Sonra o, dik qardaşının gözlərinə baxdı.
- Bir də ki, mənim bacılarıma qardaş lazımdır. Kişi kimi qardaş. Daha orda-burda hərlənib başını daldalayan yox”.
...Bu sətirlər “Sərhəd” qəzetində Hikmət haqqındaçap olunan məqalədəndir. Həmin məqalənin müəllifi,
jurnalist Nizami Məhəmmədəlioğlu həm də şəhid Hikmət Aslanov haqqında yazılmış “Tanrıya qovuşmaq ucalığı” adlı sənədli povestin müəlliflərindəndir.
Hikmət Aslan oqlu Aslanov 1963-cü il mart ayının 30-da Abşeron rayonunun Xırdalan qəsəbəsində anadan olmuşdu.
1980-ci ildə Xırdalan qəsəbəsindəki 1. saylı orta məktəbi bitirmiş, 1981-1983-cü illərdə Sovet ordusu
sıralarında qulluq etmişdi. Sonra 22 saylı Texniki peşə məktəbində oxuyaraq üçüncü dərəcəli çilingər ixtisasına yiyələnmişdi.
Erməni millətçilərinin Azərbaycana qarşı 1988-ci ildə yenidən başlanan torpaq iddiası, bu yolda onların törətdikləri vəhşiliklər Hikməti bir an da rahat buraxmır, onu sonu görünməyən düşüncələrin, yuxusuz gecələrin qoynuna alıb aparırdı. Bir-birini əvəz edən acı xəbərlər Hikmətin daxilindəki intiqam hissini
daћa da alovlandırırdı. O, torpaqlarımızın erməni murdarları tərəfindən işğal edilməsini, qoça
uşaqların, qız və gəlinlərin girov aparılmasını, şəhər və kəndlərimizin yandırılıb külə döndərilməsini
qeyrətinə sığışdıra bilmirdi. Buna görə də 1993-cü ilin sonlarında Prezident Heydər Əliyevin çağırışına qoşulan abşeronlular batalyon yaradanda bu batalyona birincilər sırasında qoşulanlardan biri də Hikmət oldu.
Hikmətin Beyləqan-Füzuli cəbhəsindən başlanan döyüş yolu cəmi iki ay çəkdi. Lakin bu iki ayda neçə-neçə hərbi əməliyyatlarda iştirak etdi, düşmənə qarşı mərdliklə vuruşdu. Xüsusilə Beyləqan uğrunda qanlı döyüşlər gedirdi. Ermənilər nəyin naminə olursa-olsun Beyləqanı almağa can atırdılar, Beyləqanın üzərinə külli miqdarda hərbi texnika və canlı qüvvə yeritmişdilər. Lakin döyüşçülərimiz düşmənin hücumlarına mərdliklə sinə gərdilər, onu ağır tələfata uğradaraq geri oturtdular. Bu döyüşdə daha çox fərqlənən əsgərlərimiz dövlət tərəfindən mükafatlandırıldılar.
Onların arasında Hikmət də vardı.
Sonra Hikmət Aslanovun döyüş yolu Bəytəpədən, Sarıtəpədən keçdi. Bu döyüşlərdə də erməni cəlladlarına qan uddurdu.
“N” saylı hərbi hissənin komandiri, polkovnik C. Ə.
Əliyevin yazdıqlarından: “Hikmət Aslan oqlu Aslanov olduqca igid, mərd və qorxmaz idi. Onun bu keyfiyyətlə-ri bütün döyüşçülərə keçmişdi. Hamı onu sevir, onunla fəxr edirdi. Özünü təhlükə qarşısında qoysa da, dəfələrlə döyüş dostlarını ölümdən qurtarmışdı. Beyləqan və Füzuli rayonlarının ərazilərinin erməni qəsbkarlarından təmizlənməsində aparılan döyüşlərin ən cəsur və fəal iştirakçısı olmuş, Bəytəpənin geri alınmasında xüsusi şücaət və qəhrəmanlıq göstərərək düşmənin onlarla canlı qüvvəsini və texnikasını məhv etmişdir”.
Hikmət Aslanovun döyüş yolu 1994-cü il yanvar ayının 19-da başa çatmışdır. Həmin gün o, Füzuli rayonunun Qərvənd kəndi uğrunda aparılan qanlı döyüşdə qəhrəmancasına vuruşaraq torpaqlarımızın azadlığı uğrunda müqqəddəs Vətən savaşında şəhid olmuşdur.
Hikmət subay idi.
Məzarı Xırdalan qəsəbə qəbiristanlığındadır