ELNUR İSBİ OĞLU ASLANOV
Şəhidlər / I qarabağ 12 okt 2022, 16:221971-1992
(Çaylı kəndi)[b][/b]
Elnur İsbi oqlu Aslanov 1971-ci il fevral ayının 21-də Zəngəzur mahalının (indiki “Ermənistan”ın) Qafan rayonunun Gığı kəndində anadan olmuşdu. Ailədə iki qardaş, bir bacı idilər.
Elnur 1978-ci ildə orta məktəbin birinci sinfinə getmiş, 1988-ci ildə orta təhsilini başa vurmuşdu.
Elə həmin il də, “Ermənistan”da yaşayan bütün digər soydaşları kimi, Elnurgilin də ailəsi erməni daşnaklarının təzyiqləri nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüşdülər. Elnurgilin ailəsi Abşeron rayonunun Çaylı kəndində məskunlaşmaq məcburiyyətində qalır. Bu faciəyə dözməyən ailə başçısı – İsbi kişi elə həmin il də dünyasını dəyişir.
Lakin 1989-cu ildə ailənin düşdüyü ağır qaçqınlıq vəziyyətini nəzərə almadan rayon hərbi komissarlığı Elnuru sovet ordusu sıralarında hərbi xidmətə çağırır. Komi şəhərində iki illik hərbi xidmətini başa vuran Elnur 1991-ci ildə ordudan tərxis olunaraq Azərbaycana qayıdır.
Qarabağ müharibəsinin dərinləşdiyini görən Elnur çox çəkmir ki, könüllü olaraq cəbhəyə getmək üçün hərbi komissarlığa müraciət edir. 1992-ci il sentyabr ayının 8-də isə o, ön xəttə yollanır.
1992-ci il sentyabr ayının 21-də Laçın rayonunun Sarıbaba dağında döyüşlərdə iştirak edir. Elə həmin döyüşdə də itkin düşür.
Elnur subay idi.