SİDQİ SƏMƏNDƏR OĞLU ABBASOV
Şəhidlər / I qarabağ 17 okt 2022, 17:061969-1994
(Mehdiabad qəsəbəsi)[b][/b]
1993-cü ilin oktyabr ayında Azərbaycan Prezidenti Heydər Əliyevin respublika əhalisinə müraciətindən sonra Bakı metropolitenində torpaqlarımızı erməni işğalçılarından azad etmək üçün könüllülər dəstəsi yaradılanda həmin dəstəyə birincilər sırasında yazılanlardan biri də “hərəkət xidməti” idarəsində işləyən Sidqi Abbasov oldu.
O, 1993-cü il noyabr ayının 11-də hərbi təim keçmək üçün Bakı yaxınlığındakı hərbi hissələrdən birinə göndərilir, noyabrın 18-də isə Goranboy rayonu ərazisindəki poliqonda hərbi hazırlığını davam etdirir. Oradan Beyləqan rayonunun Daşburun qəsəbəsindəki hərbi hissəyə yola salınan Sidqinin döyüş yolu Füzuli rayonundan başlayır. O, Füzuli kəndlərinin erməni işğalçılarından azad edilməsi uğrunda aparılan döyüşlərdə bir neçə dəfə iştirak edir, igidlik göstərir.
Sidqi Abbasovun sonuncu döyüşü 1994-cü il yanvar ayının 5-də Kürdmahmudlu kəndi uğrunda olur...
Sidqi Səməndər oqlu Abbasov 1969-cu il may ayının 4-də qədim İrəvan vilayətinin Göyçə mahalının (indiki “Ermənistan”ın) Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdu.
1976-cı ildə Nərimanlı kənd orta məktəbinin birinci sinfinə qəbul olunmuş, 1986-cı ildə həmin məktəbi bitirmişdi. Lap uşaq vaxtlarından öz cəsarətliliyi, çevikliyi və qorxmazlığı ilə fərqlənən Sidqi orta məktəbdə də təhsildə və davranışda nümunəviliyi ilə seçilmişdir.
1987-ci il may ayının 5-də Sovet ordusu sıralarına hərbi xidmətö çağırılan Sidqi iki il Primorsk vilayəti hərbi dairəsinin daxili qoşun hissəsində xidmət edir. Nümunəvi xidmətinə görə tez-tez komandirləri tərəfindən təşəkkür və mükafatlara layiq görülür, evə 15 günlük məzuniyyətə göndərilir.
Sidqi hərbi xidmətdə ikən 1988-ci ildə erməni millətçilərinin təqib və təzyiqlərinə məruz qalan 200 min nəfərdən çox soydaşımız kimi, onun da valideynləri "Ermənistan" ərazisindəki ata-baba yurdlarından didərgin düşmüş, gəlib Abşeron rayonunun Mehdiabad qəsəbəsində özlərinə sığınacaq tapmışdılar. Sidqi 1989-cu ildə hərbi xidmətini başa vuranda artıq Nərimanlı kəndinə yox, Mehdiabad kəndinə gəlməli olur.
Sidqi Qarabaq müharibəsində şəhid olanda subay idi.
1994-cü il yanvar ayının 9-da Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Valideynləri hazırda Mehdiabad qəsəbəsində yaşayırlar. İki qardaşı, dörd bacısı var.