143

İLQAR ƏLİMƏSTAN OĞLU YUSİFOV

Şəhidlər / I qarabağ


1962-1994
(Goradil kəndi)

İlqar 1994-cü il mart ayının 15-də torpaqlarımızın müdafiəsi naminə orduya səfərbərliyə alınanda böyük oğlu Elmirin üç, balaça Əfqanın isə cəmi bir yaşı vardı.

Onlardan ayrılmaq nə qədər çətin olsa da, Vətənin çağırışına səs verməmək də mümkün deyildi. İlqar da belə etdi. Lakin bu ayrılıq cəmi bir ay və əbədilik sürdü aprel ayının 15-də İlqar erməni işqalçılarına qarşı, torpaqlarımızın azadlıqı uğrunda müqəddəs döyüşdə şəhid oldu.

İlqar Əliməstan oqlu Yusifov 1962-ci il aprel ayının 24-də Abşeron rayonunun Goradil kəndində anadan olmuşdu. 1969-cu ildə Abşeron rayonunun Mehdiabad qəsəbəsində orta məktəbin birinci sinfinə getmiş, sonra Goradil məktəbinə dəyişilərək təhsilini burada başa vurmuşdu.

O, 1980-1982-ci illərdə həqiqi hərbi xidmətini uzaq Qazaxıstanda çəkmiş, əsgəri borcunu qurtaran kimi Vətənə dönmüşdü. Həmin vaxtdan Goradil kəndində yerləşən Suvarma Sistemləri idarəsinda traktorçu işləyən İlqar 1990-cı ildə ailə həyatı qurur.
1994-cu ilin martında orduya çaqırılanda İlqar 1 saylı avtobus parkında çilingər işləyirdi.

Tezliklə onu Füzuli cəbhəsinə göndərirlər. Son döyüşü də bu cəbhədə olur.
23 aprel 1994-cü il tarixdə Abşeron rayonunun Goradil kənd qəbristanlığında dəfn edilmişdir.

İlqar Yusifovun adı əbədiləщdirilərək Goradil kənd orta məktəbinə verilmiş, kəndin bir küçəsi də onun adı ilə adlandırılmışdır.

Oxşar xəbərlər:

Back to Top