59

BƏDRƏDDİN ƏŞRƏF OĞLU QULİYEV

Şəhidlər / I qarabağ


1962-1994
(Pirəkəşkul kəndi)

Bədrəddin Əşrəf oqlu Quliyev 1962-ci il yanvar ayının 17-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Tivi kəndində anadan olmuşdu.

Tivi kənd orta məktəbini bitirdikdən sonra ordu sıralarında xidmət edən Bədrəddin hərbi xidmətini başa vuraraq qulluq etdiyi Amur vilayətində də qalmış və orada işləmişdir.

Azərbaycan torpaqlarının erməni təcavüzünə məruz qaldığını eşitdikdə isə Vətənə qayıtmağı özünün vətəndaşlıq borcu hesab edir. Bədrəddin 1993-cü ildə könüllü olaraq Milli Ordu sıralarına daxil olub, döyüş bölgəsinə yollanır. Füzuli cəbhəsində döyüşlərdə iştirak edir, Şişqaya, Qızılqaya döyüşlərində cəsarətlə vuruşur.

1994-cü il yanvar ayının 24-də - ad günündən cəmi bir həftə sonra Şişqaya uğrunda gedən döyüşlərin birində qəhrəmanlıqla şəhid olur.
Bakıda şəhidlər Xiyabanında dəfn edilmişdir.

Bədrəddin evli idi. İki oğul yadigarı var.

Ailəsi Abşeron rayonunun Pirəkəşkül kəndində yaşayır.

Oxşar xəbərlər:

Back to Top