27

İLQAR MƏMMƏDHƏNİFƏ OĞLU ƏMİRASLANOV

Şəhidlər / I qarabağ


1973-1992
(Saray qəsəbəsi)

İlqar Məmmədhənifə oğlu Əmiraslanov 1973-c il noyabr ayının 22-də Bakı şəhərində anadan olmuşdu.
O, ailədə boyuyon dord ov- laddan (bir qız, üç oqlan) ikinçisi, qardaşların böyüyu idi.

İlqar 1980-ci ildə Bakı şəhərinin Nəsimi rayonundakı 19 saylı orta məktobin ilk sinfino qəbul olunmuş, az sonra təpsilin Abşeron rayonunun Saray qəsəbəsindəki 1 saylı orta məktəbda davam etdirmişdi. 1988-ci ildə C. Naxçıvanski adına hərbi təmayüllü Respublika xususi internat məktəbinə daxil olmuş, 1991-ci ildə həmin məktəbi bitirərək Bakı Ümumqoşun Ali Hərbi Məktəbinə qəbul olunmuşdu. Arzusu hərbçi olmaq idi. Demək olar ki, arzusuna həm çatmışdı, həm də bu arzusu yarımçıq qaldı, təhsilini başa vura bilmədi.

1993-cu ildə hərbi əməliyyatlarda iştirak etmək üçün Andora rayonuna göndərilən İlqar həmin il fevral
ayının 15-də doyuş zamanı qəhrəmancasına şəhid oldu.

Anasının dediklərindən: "Döyüşə getməzdən əvvəl öz müdavim dostlarına deyərmiş ki, birdən bizi döyüşə apararlar, mən təsadüfən evdə olsam, mütlэq mənə da xəbər çatdırın. Mənə elə gəlir ki, İlqar döyüşə getmək üçün əriza də vermişdi. O, həmişə döyüş bölgələrinə getməyə can atırdı. Həmişə deyərdi ki, torpaqlarımız erməni tapdağından azad olmalıdır. Ona görə də biz gənclər torpaqlarımızın müdafiəsinə getməliyik. Bu, bizim müqəddəs borcumuzdur".

Uşaqlıqdan diribaş olan İlqar həm də çox istiqanlıydı, bütün qohumlarının sevimlisiydi.

İlqar subay idi. Yena da anasının dediklarindən:
"Bir dəfə İlqarın paltarını yuyan zaman cibindən məktub çıxdı. Mənə elə gəlir ki, istədiyi qızdan idi. Lakin İlqar utandığından bunun sevgi məktubu olduğunu danmaqa məcbur oldu..."

Bəlkə də o məktub İlqarın yarımçıq qalmış ömrünün yarımçıq qalan sevgisinin son nəğməsi idi.

İlqarın məzarı Saray qəsəbə qəbristanlığındadır.
Başqa saraylı şəhidlər kimi, onun da adı qəsəbədəki "Xatirə” kompleksində əbədiləşdirilmişdir.

Oxşar xəbərlər:

Back to Top