İNTİQAM MİKAYIL OĞLU DADAŞOV
Şəhidlər / I qarabağ 14 okt 2022, 14:181954-1988
(Aşaqı Guzdək kəndi)[b][/b]
İntiqam Mikayıl oğlu Dadaşov 1954-cü il fevral ayının 21-də Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində anadan olmuşdu.
İntiqam Güzdək stansiyasındakı 41 saylı orta məktəbdə təhsil almış, həmin məktəbin səkkizinci sinfini bitirmişdi. Sonra Biləcəri dəmiryol təmir-tikinti idarəsində fəhlə işləmişdi.
1972-ci ildə hərbi xidmətə çaqırılmış və iki il Uzaq Şarqda qulluq etmişdi.
1988-ci ilin dekabrında Ermənistanda baş vermis zəlzələdən zərərçəkənlərə kömək məqsədilə respublikamızın o vaxtkı satqın rəhbərlərinin İrəvana göndərdiyi və ermənilərin “türklərin köməyi bizə lazım deyil" - deyə Gumrü (keçmiş Leninakan) yaxınlığında yerdən raketlə vurub məhv etdiyi Azərbaycan təyyarəsində İntiqam Dadaşov da var idi. Təəssüf ki, bu günahsız Azərbaycan oğullarının nahaq axıdılan qanı üçün nə o vaxt, nə də ondan sonra heç kim məsuliyyət daşımadı.
İntiqam Mikayılov evli idi. Dörd övlad - iki oğlan, iki qız atasıydı. Balaca qızı Rəhilə atası həlak olduqdan sonra dünyaya gəlmiş, böyük qızı Ruhiyyə isə artıq ailə həyatı qurmuşdur. İntiqamın valideynləri isə hər ikisi 1992-ci ildə rəhmətə getmişlər.
İntiqamın məzarı Abşeron rayonunun Saray qəsəbə qəbiristanlığındadır.