
PƏRVİZ XANDADAŞ OĞLU DƏMİROV
Şəhidlər / I qarabağ 17 okt 2022, 11:341975-1995
(Ceyranbatan qəsəbəsi)
Pərvizi tanıyanlar onun haqqında belə deyirlər: “Adi bir gənc idi". Doğrudan da, o, “adi”lərdən biri kimi gəlmişdi dünyaya, qısa ömrünü “adi”lərdən biri kimi yaşamışdı. Lakin şəhidlik zirvəsinə yüksələrək köçdü bu dünyadan. Əbədi olaraq xalqının qəlbində özünə yer elədi...
Pərviz Xandadaş oğlu Dəmirov 1975-ci il noyabr ayının 16-da Şamaxı rayonunun Qaravəlli kəndində qulluqçu ailəsində anadan olmuşdu. 1982-ci ildə Ceyranbatan qəsəbə orta məktəbinin birinci sinfinə getmiş, 1990-cı ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdi.
1992-ci ildə orduya çağırılan Pərviz bir müddət əsgəri borcunu Mingəçevir şəhərindəki hərbi hissədə yerinə yetirmiş, 1994-cü il sentyabr ayının 10-dan isə cəbhə bölgəsinə yola düşmüşdür. 1995-ci il fevral ayının 28-dən minaaxtaranlar dəstəsində xidmətə başlayan Pərviz bir neçə gün sonra 1995-ci il martın 7-də Ağdamın Təzəkənd kəndi ərazisində xidməti borcunu yerinə yetirərkən şəhid olur.
Məzarı Ceyranbatan qəsəbə qəbiristanlığındadır.
Pərviz subay idi. Uç bacısı, bir qardaşı var.
Qəsəbə bağındakı “Xatirə” kompleksində Pərvizin də xatirəsi əbədiləşdirilmişdir.