85

PƏRVİZ AĞALAR OĞLU MUSAYEV

Şəhidlər / I qarabağ


1970-1992
(Mehdiabad qəsəbəsi)[b][/b]

Pərviz Ağalar oğlu Musayev 1970-ci il noyabr ayının 9-da qədim İrəvan vilayətinin (indiki “Ermənistan"ın) Göyçə mahalında anadan olmuşdu.
Pərvizgilin ailəsi 1981-ci ildə doğma yurdlarından köçüb, Abşerona gəlmişlər.
Pərviz 1988-ci ildə orta məktəbi, 1990-cı ildə isə Bakı şəhərindəki 54 saylı Texniki peşə məktəbini bitirmişdi. Texniki peşə məktəbində təhsilini başa vurduqdan sonra Sovet ordusu sıralarında hərbi xidmətə çağırılan Pərviz 1991-ci ildə “Ermənistan”ın Azərbaycana təcavüzü ilə əlaqədar hərbi xidmətini yarımçıq qoyaraq Minsk şəhərindən Bakıya qayıdır, könüllü olaraq cəbhə bölgəsinə yollanır.

Erməni işqalçılarına qarşı döyüşlərdə dəfələrlə fərqlənən Pərviz həmin döyüşlərin birində 1992-ci il iyun ayının 2-də Kəlbəcər rayonunun Ağdaban kəndi uğrunda qanlı vuruşda şəhid olur.

Məzarı Bakı şəhərində Şəhidlər Xiyabanındadır.

Pərvizin atası Musayev Ağalar Oruc oğlu Böyük Vətən müharibəsi iştirakçısıdır. Valideynlərinin hər ikisi hazırda təqaüdçüdürlər. İki qardaşı, üç bacısı var.
Valideynləri və qardaşlarının ailələri Abşeron rayonunun Mehdiabad qəsəbəsində yaşayırlar.

Oxşar xəbərlər:

Back to Top