
SABİR YAQUB OĞLU MURADOV
Şəhidlər / I qarabağ 17 okt 2022, 15:451968-1992
(Mehdiabad qəsəbəsi)[b][/b]
1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə indiki "20 Yanvar" metrostansiyası yaxınlığında imperiya qoşunları qarşısına çıxanlardan biri kimi, Sabir yaxşı bilirdi ki, bu yolda həyatını hər an qurban verə bilər. Lakin bu yol azadlıqa və müstəqilliyə aparan yol olduğu üçün o, gedilməliydi. Və bu yolu da bu millətin ən qeyrətli ovladları getməliydi. Sabir də həmin övladlardan biri idi.
O gecə Sabir qolundan güllə yarası almış, bir neçə gün Semaşko xəstəxanasında yatmışdı. Anasının dediklərindən: "Bir neçə gündən sonra xəstəxanadan çıxıb evə gəldi. Özü ilə bir ədəd çilçıraq alıb gətirmişdi. Çilçırağı mənə verib dedi: ana, çıraqın sonmüşdü, al təzədən yandır. Bundan sonra mənim ad günümü 20 yanvarda qeyd edin”.
Sabir Yaqub oğlu Muradov 1968-ci il fevral ayının 15-də qədim Zəngəzur mahalının (indiki “Ermənistan"ın) Qafan rayonunun Şəhərcik kəңdində anadan olmuşdu. Bir il sonra isə ailəsi köçüb Abşeron rayonunun Mehdiabad qəsbəsində məskunlaşmışdı. Ailənin öz doqma yurdundan didərgin düşməsinin səbəbi erməni millətçilərinin təqib və təzyiqləri idi. Belə ki, həmin illərdə Qafan rayonunun yeni prokuroru oyrənib bilmişdi ki, 1920-ci ildə erməni daşnakları Şəhərcik kəndinə hücum edən zaman onun xmbabet (dəstə başçısı) atasını öldürən müsəlman məhz Şəhərcik kənd sakini Yaqub Muradovun atası Məmmədqulu olub. Bundan sonra prokuror Yaqub kişini çaqırıb məsələni dəqiqləşdirir, həmin hadisədən sonra Muradovlar ailəsinin təqibi başlayır. Yaqub kişi ailəsini götürüb, Azərbaycana pənah gətirmək məcburiyyətində qalır.
Sabirin anasının dediklərindən: “Sabirin uşaq vaxtlarıydı. Bir gün əlində tank oyuncağı oynayargən qayıtdı ki: “Ay ana, bəs biz nə vaxt öz kəndimizə qayıdacağıq?” dedim, bizi oradan ermənilər qovub, biz ora qayıda bilmərik. Bir az fikirləşib dedi: “Ana, mən böyüyüb tankçı olacaq, gedib kəndimizi alacağam”. Uşaq hafizəsi güclü olarmış. 20 il sonra Sabir könüllü olaraq cəbhə getmək istəyəndə qabağına keçdim. Dedi, ana, yadındamı, mən sənə uşaq vaxtı soz vermişdim ki, kəndimizi alacağam, indi məqamdır”.
Sabir orta təhsilini Mehdiabad qəsəbə məktəbində almış, 1986-cı ildə hərbi xidmətə çağırılmış, Murmansk şəhərində xidmət etmişdi.
Azərbaycan ordusu sıralarına isə o, çağırılmamış, 1992-ci ilin iyun ayında “20 yanvar” batalyonunun tərkibində könüllü getmişdi. Döyüş yolu Ağdam rayonunun Əhmədavar kəndindən başlayan Sabir az vaxtda qorxmaz və bacarıqlı döyüşçü kimi özünü göstərir. Kəşfiyyatçı kimi də onun xidmətləri böyük idi. Bütün bunları nəzərə alan hərbi rəhbərlik onu irəli çəkərək leytenant rütbəsi ilə bölük komandiri təyin edir. O, Naxçıvanik,
Gülablı, Əsgəran döyüşlərində iştirak edir və fərqlənir. Canyataq, Gülyataq kəndləri uğrunda ağır döyüşlərin də iştirakçısı olur. Naxçıvanik döyüşündə isə dörd nəfərlə beş gün mühasirədə qalan Sabirgil bu mühasirədən bacarıqla və itkisiz çıxırlar.
Sabirin sonuncu döyüşü 1992-ci il avqustun 28-də Ağdərənin Mehmanə gəndi uğrunda olur. Döyüşdən əvvə Sabir deyir ki, bu, bizim son döyüşümüz olsa da, erməniləri kənddən vurub çıxarmalı, sonra ölməliyik. Elə də olur, kəndi ermənilərdən azad etdikdən sonra düşmən mərmisi onun həyatına son qoyur.
Sabir subay idi. Bir qardaşı, iki bacısı var.
Bakının Şəhidlər Xiyabanında dəfn olunmuşdur.