64

MUXTAR ABBAS OĞLU ABBASOV

Şəhidlər / I qarabağ


1962-1994
(Saray qəsəbəsi)[b][/b]

Muxtar Abbas oqlu Abbasov 1962-ci il mart ayının 25-də qədim Azərbaycan torpağı olan İrəvan vilayətinin Ağbaba mahalının (indİKİ “Ermənistan”ın) Amasiya rayonunun Maralcıq kəndində anadan olmuşdu. Ailənin beşinci övladı idi, dörd qardaşı, üç bacısı vardı.

Məktəbin ilk sinfini doğma Maralcıq kəndində bitirən Muxtar, ikinci sinfi Sumqayıtda böyük qardaşının yanında başa vurur. 1973-cü ildə ailəlikcə “Ermənistan”dan Abşeron rayonunun Saray qəsəbəsinə köçdüklərindən təhsilini burada davam etdirməli olur. Səkkizinci sinfi bitirdikdən sonra isə Sumqayıt şəhərində Texniki peşə məktəbində təhsil alır.

1980-ci ildə Muxtarı ordu sıralarına çağırırlar.
Hərbi xidmətini Qazaxıstanda keçirən Muxtar ordudan tərxis olunub evə qayıtdıqdan az sonra təzədən xidmətetdiyi vilayətə qayıdır və orada yaşayıb işləməyə başlayır.

1988-ci ildən e’tibarən xalqımızın başına gətirilən müsibətlərə laqeyd qalmayan Muxtar tezliklə Vətənə, yaşadıqları Saray qəsəbəsinə qayıdır. O, Qazaxıstandan təzə gəlməyinə baxmayaraq, bütün respublikamızı bürümüş milli azadlıq hərəkatının fəal iştirakçısı olmaqa çalışırdı. 1990-cı ilin qanlı yanvar hadisələrinin birbaşa içində olan Muxtar həmin hadisə zamanı neçə-neçə yaralını xilas etmişdi. Qeyrətli Azərbaycan oğulları ilə birgə onu da həbs etmiş, bir neçə gün Bayıl həbsxanasında saxlamışdılar.

Nəhayot, 1993-cu ilin oktyabrında Prezident Heydər Əliyevin xalqa müraciətindən sonra orduya könüllü gedənlərdən biri də Muxtar olur. O, bir çox döyüşlərdə iştirak edir, qəhrəmanlıqlar göstərir. Lakin onun döyüş yolu uzun çəkmir. 1994-cü il yanvar ayının 4-də Füzuli-Beyləqan istiqamətində gedən qanlı döyüşlərdə bu cəsur eloğlumuz qəhrəmancasına həlak olur.
Muxtar hələ ailə həyatı qurmamışdı.

Məzarı Saray qəsəbə qəbiristanlığındadır.

Adı qəsəbədki “Xatirə” kompleksində əbədiləşdirilmişdir

Oxşar xəbərlər:

Back to Top