TELMAN BALAKİŞİ OĞLU SAHİBCANOV
Şəhidlər / I qarabağ 18 okt 2022, 16:591974-1994
(Qobu qəsəbəsi)
Telmanın şəhid olmaq xəbəri gələndə atası Balakişi dayının dünya başına fırlanmışdı. On bir övladının, dörd oğlunun sırasında Telmanın öz yeri var idi. Hərbi xidmətdən qayıtdıqdan sonra onu evləndirmək barədə fikirləşirdilər. Lakin tale onlarla çox amansız davrandı. Oğul qarşısında ata borcunu yerinə yetirib onu evləndirməyə möhlət tapmayan Balakişi dayı için-için qovrula-qovrula öz təşəbbüsü və vəsaiti hesabına qəsəbənin içində xatirə bulağı tiқdirməklə təskinlik tapdı...
Telman Balkişi oqlu Sahibcanov 1974-cü il dekabr ayının 31-də Abşeron rayonunun Qobu qəsəbəsində anadan olmuşdu. Qəsəbədəki 1 saylı orta məktəbi bitirdikdən sonra sürücülük peşəsinə yiyələnmişdi.
1992-ci ildə könüllü olaraq hərbi xidmətə gedən Telmanın döyüş yolu Qubadlı cəbhəsindən başlayır. Sonra Zəngilan və Ağdam cəbhələrində hərbi əməliyyatlarda iştirak edir. Öz igidliyi və qorxmazlığı ilə hərbi hissədə ad çıxaran Telmanın son doyüşü Füzuli rayonunun Horadiz qəsəbəsi uğrunda olur. Bu döyüşdə o, düşmənin çoxlu sayda canlı qüvvəsini məhv etmiş və 19 mart 1994-cü il tarixdə Füzuli rayonunun Horadiz qəsəbəsi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olmuşdur.
Subay idi.
Məzarı Qobu qəsəbə qəbiristanlığındadır.
Telman Sahibcanovun adı əbədiləşdirilərək Qobu qəsəbəsindəki küçələrdən birinə verilmişdir