55

TƏBRİK NİFTALI OĞLU BAĞIŞOV

Şəhidlər / I qarabağ


1967-1992
(Ceyranbatan qəsəbəsi)

Təbrik Niftalı oqlu Bağışov 1967-ci il oktyabr ayının 17-də Qusar rayonunun Hil kəndində anadan olmuşdu. Ailədə üç qardaş, bir bacı idilər. Sonralar ailəlikcə Abşeron rayonunun Ceyranbatan qəsəbəsinə köçdüklərindən Təbrik də 1973-cü ildə məktəbin birinci sinfinə burada getmiş və səkkizinci sinif həcmini bitirəndən sonra 1982-ci ildə Sumqayıtdakı 49 saylı Texniki peşə məktəbinə daxil olmuş, qaz qaynaqçısı peşəsinə yiyələnmişdi.
Hamı kimi, Təbrik də vaxtı çatanda Sovet ordusu sıralarına hərbi xidmətə çağırılmış və Qazaxıstanda xüsusi hərbi hissədə (“spesnaz”da) əsgəri borcunu yerinə yetirdikdən sonra evə qayıtmışdı.

Erməni daşnaklarının rus hərbçiləri ilə ittifaqda 1992-ci ilin fevralında törətdikləri amansız Xocalı faciəsindən sonra Abşeron rayonunun qeyrətlİ oğulları xüsusi batalyon təşkil edərək cəbhəyə yola düşmüşdü. Həmin batalyonun tərkibində ön xəttə yollanan oğullarımızdan biri də Təbrik idi.
Təbrik 1992-ci ilin martından əvvəlcə Laçın, sonra Şuşa, Zəngilan, Qubadlı, Ağdam, Ağdərə bölgələrində hərbi əməliyyatlarda iştirak edir, desant-kəşfiyyatçı kimi, dəfələrlə ölümlə üz-üzə dayanır. Təbrikin döyüş rəşadətləri haqqında faktlar çoҳdur. Döyüş yoldaşlarının və komandirlərinin xatirəsində bunlardan bir neçəsini oxuculara çatdırmağı lazım bilirik.

XANBABA QASIMOV: “1992-ci il mart ayının 27-dən Şuşada kəşfiyyat vzvodunda Təbrik ilə bir yerdə xidmətə başladıq. İlk gündən Şuşa ətrafında kəşfiyyat aparırdıq. May ayının 7-dən 8-nə keçən gecə ermənilər Şuşaya hücum etdilər. Ən çətin anlarda Təbrik Şuşa qalasında yatan dustaqları xilas etməyə getdi. Qalanın işçiləri qalanı buraxıb qaçmışdılar. Bütün kameralar bağlı idi. Təbrik kameraların qapılarını qranatla partladıb məhbusları azad etdi. Həmin vaxt qalanın qapısı ağzında on nəfər erməni quldurunu məhv eladi. Qalan quldurlar isə qaçmaqa başladılar. Təbrik Şuşa döyüşlərində bizim tankçı Milli Qəhrəmanımız Albertin cənazəsini tankdan çıxarıb qospitala çatdırdı. May ayının 14-15-i Zarıslıya hücuma keçdik. Bu döyüşdə də Təbrik öz qəhrəmanlığı ilə seçildi. Briqada komandiri Elbrus Orucovun həyatını xilas etdi.

Kəşfiyyat qrupumuzun serjantı Qurbanı yaralı halda muhasirədən çıxarıb gətirdi. Lakin biz zarıslıdan
Turşsuya geri çəkildik. Bu məğlubiyyətimiz Təbrikə çox ağır gəlirdi. Bu zaman xəbər verdilər ki, bir nəfər yaralı əsgərimiz mühasirədə qalıb. Təbrik üç nəfərlə gedib həmin yaralını gətirdi. Biz may ayının axırlarında Ağdam şəhərinə gəldik. Həmin vaxt Təbrik bizim kəşfiyyat-diversiya qrupunun köməyi ilə həyata keçirilirdi. Təbrik hər dəfə düşmən arxasına keçərək diversiya işləri ilə hücumlarımıza kömək edirdi. Təbriki biz “Tayfun” kimi tanıyırdıq. O vaxt ermənilər "Tayfun"un başına pul ayırmışdılar. Amma bizim qrupun əsgərlərindən başqa, heç kim bilmirdi ki, “Tayfun" kimdir. Təbrikin diversiya qrupunun sədası Ağdam bölgəsinin hər tərəfindən gəlirdi. Canyataq, Gülyataq, Şelli, Abdal, Gulablı, Naxçıvanik, Güllücə, Papravand, Farrux dağı ətrafı, Qarakand, Sırxavənd, Mehmanə, Orta Guneypəyə, Baş Guneypəyə və başqa kəndlər uğrunda Təbrik görünməmiş qəhrəmanlıqlar göstərib".

Mirtofiq Qəmbərov: “Təbrikin son döyüşü Qarakənd yüksəkliyi uğrunda oldu. Təbrikin ölümü bizim hamımızı sarsıtdı. Təbrik bu döyüşdə son nəfəsinə kimi döyüşdü və 60-dan yuxarı əsgərimizi və komandir müavini, polkovnik-leytenant Fazili Əşrəfi ölümdən qurtararaq özü şəhid oldu. Təbrikin cəsarət və qəhrəmanlığının sayı yoxdur. Təbrik sağlığında qəhrəman adına layiq idi, nəinki ölümündən sonra".
1992-ci il sentyabr ayının 18-də şəhid olan Vətən torpağlarının düşməndən azad edilməsi naminə həyatını qurban verən bu qeyrətli Vətən oğlunun məzarı Ceyranbatan qəsəbə qəbiristanlığındadır.

Təbrik ailəli idi. Həyat yoldaşı Tahirə xanım Təbrikin yeganə yadigarı olan Muradı atasının adına layiq böyütməyə çalışır.

Ceyranbatan qəsəbəsində vaxtilə yaşadığı küçəyə Təbrik Bağışovun adı verilmiş, qəsəbədə ucaldılan “Xatirə” kompleksində adı əbədiləşdirilmişdir.

Oxşar xəbərlər:

Back to Top