81

ARAZ XALIQ OĞLU QULİYEV

Şəhidlər / I qarabağ



1971-1993
(Xırdalan qəsəbəsi)
Araz Xalıq oqlu Quliyev 1971-ci il iyun ayının 18-də Bakı şəhərində anadan olmuşdu. O, bir yaşında ikən atasını itirmişdi.

Araz hələ uşaq yaşlarından taleyini hərb sənəti ilə baqlamış, Abşeron rayonunun Xırdalan qəsəbəsindəki 2, sonra isə 3 saylı məktəblərdə ibtidai və səkkiz illik təhsilini başa vurduqdan sonra 1985-ci ildə C. Naxçıvanski adına xüsusi hərbi məktəbə daxil olmuşdu. 1988-ci ildə oranı müvəffəqiyyətlə bitirib, uzaq Şərqdə Ali Ümumqoşun Komandirləri Məktəbində hərbi təhsilini davam etdirmişdir.

1992-ci ilin martında Bakıya gəlib burada Bakı Ali Ümumqoşun Komandirləri Məktəbində təhsilini davam etdirən Araz Quliyev həmin ilin iyun ayında bu məktəbi bitirib leytenant rütbəsi alaraq döyüş bölgəsinə xidmətə gedir. Tədris briqadasında qulluq edən Araz yorulmadan, yüksək professionallıqla respublikanın ilk gənc əsgərlərinə hərb sənətinin sirlərini öyrədir. O, briqada komandanlığı tərəfindən bir neçə dəfə təşəkkür də alır.

Veysəlli, Çartaz, Qırmızıbazar istiqamətlərində gedən döyüşlərdə rota komandiri kimi iştirak edən
Araz hərbi biliklərini praktiki cəhətdən daha da möhkəmləndirir. Döyüş bölgələrinə olan ezamiyyətləri
qurtardıqdan sonra yenidən özünün tədris vzvoduna başçılıq edir.

Operativ şəraitin dəyişməsi ilə əlaqədar olaraq müdafiə nazirinin əmri ilə 1992-ci ilin sentyabrında todris batalyonu horbi oməliyyat batalyonuna çevrilir.
Araz oz vzvodu ilo Xocavond və Füzuli rayonlarının Əmrallar, Muğanlı, Kuropatkino, Divanalılar yaşayış montoqələri uqrundakı doyuşlərdə iştirak edir.
Sentyabrın axırlarında Arazgilin hərbi hissəsi Qubadlı rayonuna koçürülür və səhəri gün Laçın dəhlizi uğrunda hücuma qoşulur. Döyüş yoldaşlarının dediyinə görə, Araz doyuşlərə uğurla rəhbərlik edirmiş. Hətta bir dəfə o, mühasirəyə düşmüş batalyonu ustalıqla mühasirədən çıxarır. Laçın rayonunun Su-Araslı, Fərəcan, Mazutlu yaşayış məntəqələri uğrunda doyüşlərdə A. Quliyev bir daha subut edir ki, uzun illər aldığı hərbi təhsil hədər getməyib. Batalyonun şəxsi heyətinin Qubadlı briqadasına verilməsi ilə əlaqədar zabitlər tədris işlərinə qayıtdığı zaman A. Quliyev könüllü olaraq xususi təyyinatlı batalyona rota komandiri vəzifəsinə keçir və 1993-cü ilin mart-aprel aylarında hərbi əməliyyat rayonuna gedir.

Özü şəxsən dəfələrlə kəşfiyyatda iştirak edir, düşmənlərin yerləşdiyi bölgələr və onların canlı qüvvəsi haqqında məlumatlar əldə edir. Belə kəşfiyyatların birində A. Quliyevin təşəbbüsü ilə düşmən postunun məhv edilməsi əməliyyatı işlənib hazırlanmış və əməliyyat zamanı özü şəxsən atıcı silahla 10-a qədər düşməni məhv etmişdi.
Dəfələrlə düşməni ağır itkilərə mə’ruz qoyduqlarından A. Quliyevin rotası və bütün batalyon mükafatlandırılmışdı.

Arazın sonuncu döyüşü 1993-cü il iyunun 26-da olur.

Oxşar xəbərlər:

Back to Top