
İLYAS BƏYBALA OĞLU BÜNYATOV
Şəhidlər / I qarabağ 14 okt 2022, 12:321971-1992
(Xırdalan qəsəbəsi)[b][/b]
İlyas Bəybala oğlu Bünyatov 1971-ci il fevral ayının 12-də Bakı şəhərinin Qaradağ rayonunda anadan olmuşdu. Ailədə yeddi uşağın (dörd bacı, üç qardaş) dördüncüsü idi.
1979-cu ildə Abşeron rayonunun Xırdalan qəsəbəsindəki 2 saylı orta məktəbin birici sinfinə daxil olan İlyas 1986-cı ildə həmin qəsəbədəki 3 saylı orta məktəbin səkkizinci sinfini bitirir.
Sonra təhsilini Bakı şəhərindəki 8 saylı Texniki peşə məktəbində davam etdirir və 1989-cu ildə oranı suvaqçı-üzləyici-pilitəçi ixtisası ilə başa vurur.
1989-cu ildə hərbi xidmətə çağırılan İlyas Novosibirsk vilayətinin Kuybışev şəhərində Sovet ordusunun “daxili qoşunlar” hissəsində xidmət edir. 1991-ci il də ordudan tərxis olunsa da, 1992-ci il sentyabr ayının 19-da yenidən, lakin bu dəfə Milli Ordu sıralarında xidmətə çağırılır.
İlk gündən ön cəbhəyə göndərilən İlyas sentyabr, oktyabr və noyabr aylarında Ağdərə istiqamətində döyüşlərdə iştirak edir. Ağdərənin Çıldıran kəndində düşmənlərdən alınmasının fəal iştirakçısı olur.
Dovanlı, Drmbon, Sırxavənd kəndləri uğrundakı döyüşlərdə xüsusilə igidlik göstərir. Sırxavand döyüşü İlyasın həm də sonuncu döyüşü olur. 1992-ci il noyabrın 19-da həmin döyüş qabağı İlyasın xəstə olduğunu koron silahdaşları, dostları onun döyüşə girməməsini nə qədər təkid etsələr də, İlyas razı olmur, “bu, ağır döyüş olacaq, bir yerdə döyüşmüşük, lazım gəlsə bir yerdə də, öləcəyik”, - deyir.
Doyuşun aqır vaxtında irəli şütüyən tankımızın arxasınca İlyas irəli atılır. Elə bu zaman da erməni gülləsinə tuş gəlir. İlyasın cənazəsini doyuş meydanından çıxaran əsgərlərimiz daha iki şəhid verirlər.
"Mən İlyasın şəhid olduğu həmin doyüşdə onunla bir yerdə olsam da, onun ölümünə hələ də inana bilmirəm.
Mənim üçün o həmişə sağdır və həmişə də yaşayacaqdır”, deyə İlyasın silahdaşı və dostu Mübariz Məmmədov bildirir