
TOFİQ BAYRAM OĞLU ALVERDİYEV
Şəhidlər / I qarabağ 19 okt 2022, 10:401971-1993
(Saray qəsəbəsi)
Tofiq Bayram oqlu Alverdiyev 1971-ci il noyabr ayı nın 25-də Şamaxı rayonunun Meysori kəndindo anadan olmuşdu. Zəngəzur mahalının (indiki “Ermənistan”ın) Sisyan rayonundan olan valideynləri sonralar Şamaxı rayonuna köçmüş, 70-ci illərdə isə buradan da Abşeron rayonunun Saray qəsəbəsinə köçüb gəlmişdilər.
Ailədə üç oğlan, dörd qız böyüyürdü. Faiq qardaşların kiçiyi, ailənin dördüncü övladı idi. 1986-cı ildə Saray qəsəbə səkkizillik məktəbini bitirmiş, təhsilin davam etdirmək üçün elə həmin il Bakıdakı 94 saylı Texniki peşə məktəbinə daxil olmuş və 1989-cu ildə oranı "bəzəkçi” ixtisası üzrə başa vurmuşdu. Artıq bədnam qonşularımız öz murdar niyyətlərini həyata keçirməyə başlamışdılar. O vaxtkı Sovet rəhbərliyi isə öz ikiüzlü siyasəti ilə erməni təcavüzkarlarına havadarlıq edirdi.
1989-cu ilin noyabrında hərbi xidmətə çağırılan Tofiq Cəlilabad rayonunun Prişib qəsəbəsində hərbi
xidmətə başlayır. Aylar ötdükcə o, xalqının başına gətirilən bu oyunlarda "sülhsevər" Sovet ordusunun iştirakını görür, ona olan inamı nifrətə çevrilirdi. O, indi babası Qara kişinin və mərhum atası Bayramın (Tofiqin atası 1990-cı ilin martında, 50 yaşında vəfat etmişdi) erməni millətçilərinin iç üzünü açan
söhbətlərini tez-tez xatırlayır, onların vaxtilə doğma Sisyan dağlarından didərgin düşmələrinin səbəbini bütün aydınlığı ilə dərk edir, düşməndən qisas almaq arzusu ilə alışıb-yanırdı.
Hərbi xidməti başa vurduqdan sonra evlərinə qayıdan Tofiq bir müddət özünə yer tapa bilmir. Nəhayət,
vaxtlar yenicə yaranmaqda olan Milli Ordu sıralarına daxil olaraq cəbhə bölgəsinə yollanır. Dəfələrlə döyüşlərdən qalib çıxan Tofiq belə döyüşlərin birində Ağdam rayonunun Çuxurməhlə kəndi uğrunda qanlı savaş da artilleriya atəşi altında qəhrəmancasına həlak olur.
Subay idi.
Məzarı böyüyüb boya-başa çatdığı doğma Saray qəsəbəsinin qəbristanlığındadır.
Adı qəsəbə daxilindəki “Xatirə” lövhəsində əbədiləşdirilmişdir.