
ƏFQAN HACIMURAD OĞLU QADAŞOV
Şəhidlər / I qarabağ 13 okt 2022, 09:251971-1992
(Pirəkəşkul kəndi)
Əfqan Hacımurad oğlu Qadaşov 1971-ci il mart ayının 4-də Abşeron rayonunun Xırdalan qəsəbəsində anadan olmuşdu.
Xırdalan qəsəbəsində orta məktəbi bitirdikdən sonra ailəlikcə Amur vilayətinə köçmüşdülər. Oradan hərbi xidmətə getmiş və əsgərlik borcunu yerinə yetirdikdən sonra Amur vilayətinə valideynlərinin yanına qayıtmışdır.
Torpaqlarımız erməni işğalçılarının təcavüzünə məruz qalanda Qadaşovlar ailəsi Vətənə geri dönmüş
və Abşeron rayonunun Pirəkəşkül kəndində məskunlaşmışdılar.
Əfqan Azərbaycana qayıtdıqdan sonra 1991-ci ildə könüllü olaraq orduya getmiş, Əsgəran ətrafındakı dö-
yüşlərdə iştirak etmişdir. Həmin döyüşlərdən birində o, yaralı komandirini xilas etmiş və bu zaman özü
aldığı güllə yarasından həlak olmuşdur.
O, 1992-ci il iyun ayının 14-də Bakıda Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Əfqan ailənin yeganə oğlu və subay idi. İki bacısı var.
Adı əbədiləşdirilərək Pirəkəşkül hərbi şəhərciyindəki orta məktəbə verilib.