58

KƏRƏM VƏLİ OĞLU MƏMMƏDOV

Şəhidlər / I qarabağ


1969-1994
(Saray qəsəbəsi)[b][/b]

Kərəm Vəli oğlu Məmmədov 1969-cu il avqust ayının 8-də qədim İrəvan vilayətinin Pəmbək mahalının (indiki "Ermonistan"ın) Hamamlı (sonralar Spitak) rayonunun Saral kandində anadan olmuşdu. Ailədə yeddi uşağın altıncısı, altı qardaşın kiçiyi idi.
1976-cı ildə Saral kənd orta məktəbinin birinci sinfinə qəbul olunmuş, 1984-cü ildə həmin məktəbin səkkizinci sinfini, 1986-cı ildə isə Hamamlı rayon Texniki peşə məktəbini bitirmişdi.
1988-ci il hadisələri zamanı erməni millətçilərinin toqib va təzyiqlərina dözməyib doğma ocaqlarını məcburi tərk edən iki yuz mindən çox soydaşımızın arasında Məmmədovlar ailəsi də vardı. Onlar Abşeron rayonuna pənah gətirərək rayonun Saray qəsəbəsində Məskunlaşdılar.

Erməni millətçiləri Azərbaycana qarşı öz işğalçılıq əməllərini genişləndirdikləri bir vaxtda xalqımızın qeyrətli oğulları kimi, Kərəm də baş verən hadisələrə laqeyd qala bilmədi. 1992-ci ildə könüllü olaraq torpaqlarımızın müdafiəsinə qoşuldu.
1993-cu ildə Aqdərə istiqamətində gedən döyüşlərin birində beş yerdən güllə yarası aldı. Qardaşının dediklərindən: "Topçubaşov adına institutda müalicəsi hələ tam başa çatmamışdı, gəlib gördüm ki, evdə uzanıb. Nə qədər dilə tutdumsa, dedi yox, cəbhə yoldaşım
döyüşdə ayağını itirib, ona mütləq dəyməliyəm, sonra cəbhəyə gedəcəm. 1993-cü il dekabr ayının 28-də axşam eve gələndə gördüm ki, Kərəm cəbhəyə yollanıb".

1994-cü il yanvar ayının Kərəm bir neçə gün sonra 6-da Ağdərə istiqamətində gedən döyüşün iştirakçısı
olur, qəhrəmanlıqla vuruşaraq düşmənin bir neça canlı qüvvəsini məhv edir. Qeyri-bərabər döyüşdə düşmənin daha iki tankını və bir PDM-ni vurub sıradan çıxarır. Zirehli maşından san çıxmış, lakin qumbara partlaması nəticəsində öz murdar qanına qəltan olmuş
və torpaq üstündə can verən düşmənin son nəfəsində atdığı güllə Kərəmin cavan ömrünə nöqtə qoyur.

Kərəm ailəli idi. İki ovlad yadigarı var: Rüstəm və Könül.
Məzarı Saray qəsəbə qəbiristanlığındadır.

Adı qəsəbədə ucaldılan “Xatirə” kompleksində əbədiləşdirilmişdir.

Kərəm Qarabağ müharibəsinə gedənədək qəsəbədəki "Qranit" kiçik müəssisəsində işləyirdi. Şəhid olduqdan sonra ailəsini həmin müəssisə himayəyə götürmüşdür.

Oxşar xəbərlər:

Back to Top