26

İBRAHİM VİDADİ OĞLU TAĞIYEV

Şəhidlər / I qarabağ


1970-1993
(Ceyranbatan qəsəbəsi)

Oxuduğu Azərbaycan Sənaye İnstitutunu yenicə başa vurmuş İbrahim 1993-cu il oktyabrın 5-də Milli Ordu sıralarına hərbi xidmətə çağırılanda ali təhsil diplomunu hələ almamışdı. "Qayıdıb alaram" - demişdi.

1994-cü il də bu diplom yazılıb hazır olanda artıq İbrahim bu dünyada yox idi. Vətən uğrunda şəhid olmuşdu.

İbrahim Vidadi oğlu Tağıyev 1970-ci il avqust ayının 1-də Qazax rayonunun Kommuna kandində anadan olmuşdu. 1977-ci ildə Abşeron rayonunun Ceyranbatan qəsəbə orta məktəbinin birinci sinfinə getmiş, 1987-ci ildə həmin məktəbi bitirmişdi. 1988-ci ildə isə müvəffəqiyyətlə imtahan verərək Azərbaycan Sənaye İnstitutuna daxil olmuşdu.

1993-cu ildə hərbi xidmətə çaqırılan İbrahim ilk gündən həlledici döyüş bölgələrində qulluq etmiş, Beyləqan, Füzuli, Kəlbəcər cəbhələrinda erməni işğalçılarına qarşı mərdikla vuruşmuşdur.

İbrahimin döyüş yolu 1994-cu il mart ayının 7-də Kəlbəcər rayonunun Murovdaq yüksəkliyi uğrunda gedən qanlı vuruşmada sona yetmişdir. Bu döyüşdə İbrahim son nəfəsinə qədər doyüşərək qəhrəmanlıqla şəhid olmuşdur.

İbrahimin bu façiəli ölümündən sonra ata-anası, bacıları Könül və Bəsirə, qardaşları Vüqar və İbrahimxəlil
uzun müddət özlərinə gələ bilməmiş, İbrahimin Ceyranbatan qəsəbə qəbristanlığındakı məzarı önündə göz yaşı tökməyə məcbur olmuşdular.
İbrahim subay idi.

Xatirəsi qəsəbə bağındakı xatirə kompleksində əbədiləşdirilmişdir.

Oxşar xəbərlər:

Back to Top