18

RƏHİM MİRZƏBALA OĞLU ƏZİMOV

Şəhidlər / I qarabağ


1976-1996
(Saray qəsəbəsi)[b][/b]

Rəhim hərbçi olmaq arzusunda idi. Oldu da. Lakin amansız müharibə çoxları kimi, onun da bu arzusunu yarımçıq qoydu. O, həlak olanda heç iyirmi yaşı da tamam olmamışdı...

Rəhim Mirzəbala oqlu Əzimov 1976-cı il noyabr ayının 7-də Abşeron rayonunun Saray qəsəbəsində anadan olmuşdu. 1994-cü ildə qəsəbədəki 2 saylı orta məktəbi bitirmişdi.

Uşaqlıqdan qoçaqlığı və diribaşlıqı ilə yaşıdlarından fərqlənirdi. İdmanı çox sevir və güləşlə məşğul olurdu. Hətta Tiflisdə, respublikamızın müxtəlif rayonlarında keçirilən idman yarışlarında iştirak etmiş və bir neçə dəfə diplomla qayıtmışdı.
Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılan Rəhim əvvəl Bakıda, sonra Yaşmada, nəhayət, Beyləqan döyüş cəbhəsində qulluq edir. Elə həmin cəbhədə də 1996-cı il aprel ayının 22-də şəhid olur.

Anası Zeynəb xanımın dediklərindən: “Rəhim sonuncu dəfə ölümündən bir neçə gün qabaq aprelin 17-də icazə alıb evə gəlmişdi. Yuyundu, başını qırxdırdı, paltarlarını yudurdub ütülətdi. Gedəndə hamımızla öpüşüb-görüşüb ayrıldı. Geri dönüb, "Ana, - dedi – on günə kimi yenə gələcəm”. Amma heç bir həftə keçməmiş...

Rəhim sözündən donən deyildi, inadkar idi. Ailəmiz Rəhimin hərbi xidmətə getməsinə razı deyildi.

Çünki ailədə iki qardaş idilər və Rəhimdən iki yaş böyük olan Rasim də döyüş bölgəsində xidmət edirdi.
Lakin Rəhim dedi ki, Vətən qeyrəti ana-bacı qeyrətidir, mən doğma torpaqlarımızın müdafiəsinə mütləq getməliyəm”.

Rəhim subay idi.

Qəsəbədə ucaldılan "Xatirə” kompleksində Rəhimin də xatirəsi əbədiləşdirilmişdir.
Saray qəsəbə qəbiristanlığında dəfn edilmişdir.

Oxşar xəbərlər:

Back to Top