ŞƏMİL MİSAQ OĞLU AZADƏLİYEV
Şəhidlər / I qarabağ 18 okt 2022, 10:171965-1992
(Saray qəsəbəsi)[b][/b]
Şəmil Misaq oqlu Azadəliyev 1965-ci il fevral ayının 24-də Zəngəzur mahalı (indiki "Ermənistan”ın) Qafan rayonunun Çaykənd kəndində anadan olmuşdu. Ailədə böyüyən doqquz övladın (beş oğlan, dörd qız) yeddincisi idi.
Sonralar Azadəliyevlər ailəsi Abşeron rayonunun Saray qəsəbəsinə köçmüş, burada məskunlaşmışdırlar.
Şəmil də ilk təhsilini Saray qəsəbəsindəki 1 saylı orta məktəbdə almışdı. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətdə olmuş, burada özünü bacarıqlı əsgər kimi göstərmiş, komandanlıq adından bir neçə dəfə fəxri fəmanlar almış və ona serjant rütbəsi verilmişdi.
Çita vilayətində hərbi xidmətini başa vuran Şəmil doğma yurduna qayıdaraq Ceyranbatan qəsəbəsindəki 147 saylı Texniki peşə məktəbində təhsil alır.
Qarabağda döyüş əməliyyatları başlayanda Şəmil birincilər sırasanda könüllü olaraq orduya yazılır və 1991-ci il noyabr ayının 11-də ön xəttə yollanır. Ağdam, Şuşa şəhərlərinin müdafiəsində iştirak edən, bir sıra döyüşlərdən uğurla çıxan Şəmilin sonuncu döyüşü Daşaltı istiqamətində olmuşdur. Həmin döyüşdə o yaralanmış və itkin düşmüşdür. Döyüş zamanı yaralandığını döyüş yoldaşları təsdiq edirlər. Döyüş yoldaşları eyni zamanda Şəmilin igidliyindən və qəhrəmanlığından da ağızdolusu danışırlar.
Bu günə qədər də ondan heç bir xəbər yoxdur.
Subay idi.